“Fənərbağça”nın yeni transferi “Beşiktaş”a “yox” deyib
“Beşiktaş” “Fənərbağça”ya transfer olan Türkiyə millisinin futbolçusu Çağlar Söyüncünü heyətinə qatmaq istəyib.
Msport.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı müdafiəçi digər İstanbul təmsilçisinə söz verdiyi üçün “qara qartallar”a yox deyib.
Qeyd edək ki, “Fənərbağça” oyunçunu İspaniyanın “Atletiko” komandasından transfer edib.