“Fənərbağça” rusiyalı futbolçu ilə maraqlanır
Rusiya millisinin və ABŞ-ın “Atlanta Yunayted” klubunun üzvü Aleksey Mirançuk karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə “Fənərbağça”dan təklif var.
İstanbul təmsilçisi rus futbolçunu yayda heyətinə qatmaq niyyətindədir. Onun ABŞ klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
Mirançuk “Lokomotiv”(Moskva), “Atalanta”, “Torino” klublarında oynadıqdan sonra “Atlanta Yunayted”ə keçib.