featured-image-53036

Türkiyənin “Fənərbağça” komandası İngiltərənin “Çelsi” klubunun vingeri Rahim Sterlinqi heyətinə qatmaq istəyir.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “sarı-lacivərdlilər”in transfer siyahısında yer alır.

İngiltərəli oyunçunun xidmətində İtaliyanın “Yuventus” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubları da maraqlıdır.

Qeyd edək ki, R.Sterlinq ötən mövsüm “Çelsi”nin heyətində 43 matçda iştirak edib, 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər