featured-image-30787

“Fənərbağça” avrokuboklarda Azərbaycan komandalarına rəqib ola bilər.

Msport.az xəbər verir ki, Super Liqada mövsümü 2-3-cü yerlərdən birində bitirəcəyi dəqiqləşən İstanbul klubu UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Turnirinə II təsnifat mərhələsindən başlayacaq “Fənər” püşkatma zamanı səpələnmişlərdə yer alacaq. Bu isə o deməkdir ki, Jorje Jezuşun rəhbərlik etdiyi komanda səpələnməmişlər səbətində olacaq “Qəbələ” və “Sabah”ın potensial rəqibləri sırasına qoşulub.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), “Şkendiya” (Şimali Makedoniya), “Linfild” (Şimali İrlandiya), “Vaduts” (Lixtenşteyn), “Dunayska” (Slovakiya), “Dandolk” (İrlandiya), “Alaşkert” (Ermənistan), “Sutyeska” (Monteneqro), “Şkupi” (Şimali Makedoniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Riqa” (Latviya), “Tobol” (Qazaxıstan), “B36 Torshavn” (Farer adaları), “Ararat” (Ermənistan), “Qzira Yunayted” (Malta), “Levadiya” (Estoniya), “Dinamo” (Minsk, Belarus), “Konnas” (Uels), “Milsami” (Moldova), “HB Torshavn” (Farer adaları), “Europa” (Cəbəllütariq), “Domjale” (Sloveniya), “Santa-Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Dinamo” (Batumi, Gürcüstan), “İnter Eskaldes” (Andorra), “Kruzaders” (Şimali İrlandiya)

Səpələnməmişlər:

“Jilina” (Slovakiya), “Torpedo” (Kutaisi, Gürcüstan), “Vikinqur” (Reykyavik, İslandiya), “Sent-Patriks” (İrlandiya), “Vlazniya” (Albaniya), “Vikinqur” (Farer adaları), “Derri Siti” (İrlandiya), “Makedoniya” (Şimali Makedoniya), “Panevezis” (Litva), “Honka” (Finlandiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Baltsan” (Malta), “Zimbru” (Moldova), “Dukagini” (Kosovo), “Haka” (Finlandiya), “Dila” (Gürcüstan), “Birkirkara” (Malta), “Qlentoran” (Şimali İrlandiya), “Heqelmann” (Litva), “İsloç (Belarus), “Akureyri” (İslandiya), “Eqnatia” (Albaniya), “Penibont” (Uels), “Xaverforduest Kaunti” (Uels), “Meqpays” (Cəbəllütariq), “Arsenal Tivat” (Monteneqro), “Virtus” (San-Marino), “Kosmos” (San-Marino)

Qeyri-müəyyənlərlər:

“Payde” (Estoniya), “Tirana” (Albaniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail),“Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan),

Səpələnməmişlər:

“Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus)

Qeyri-müəyyən:

“Petrokub” (Moldova)

Bənzər xəbərlər