“Fənərbaxça” “Bavariya”nın əfsanəsini istəyir
Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Tomas Müller Türkiyəyə köçə bilər.
Msport.az xəbər verir ki, Almaniya millisinin üzvü “Fənərbaxça”nın maraq dairəsindədir.
İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo ulduz futbolçunu sərəncamında görmək istəyir. “Sarı-lacivərdlilər” 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Tomas Müller bu mövsüm Münhen klubunun heyətində 37 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə verib.