"Fənərbaxça" bu gün iki səs-küylü transfer edə bilər
“Fənərbaxça”da bu yay əsaslı dəyişiklər olacaq. Msport.az “Sport İtalia”ya istinadən xəbər verir ki, İstanbul klubu bu gün Vinçentzo Montella və Edin Ceko ilə müqavilə bağlaya bilər.
Nəşrin yazdığına görə, italiyalı mütəxəssis Montellanın və bosniya və herseqovinalı hücumçu Cekonun meneceri Alessandro Luççi İstanbula gedib son detalları müzakirə edəcək. Beləliklə, “Fənər” bir görüşdə iki məsələni həll edə bilər.
İyunun 30-da Cekonun “İnter”lə müqaviləsi başa çatır və o, azad agentə çevrilir. 37 yaşlı forvard İtaliya klubunda qalmaq niyyətində deyil.
Təcrübəli futbolçu ötən mövsüm 52 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə verib.
Montellaya gəlincə, “Adana Demirspor”u tərk edən məşqçi fəaliyyətini yenə də Türkiyədə davam etdirmək istəyir.
ANAR







