featured-image-27542

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub. Msport.az xəbər verir ki, turun son matçında “Fənərbaxça” səfərdə “Fatih Karagümrük”lə üz-üzə gəlib.

Jorze Jesuzun komandası 24-sü dəqiqədə hesabda geri düşsə də, əzmkar qələbə qazana bilib. Meydan sahiblərini Maqomed Ozdoyev önə keçirib. 51-ci dəqiqədə Mixa Zayts hesaba tarazlıq gətirib. 78-ci dəqiqədə isə Attila Salai “Fənər”ə qələbə gətirən qolu vurub – 2:1.

Hesabında 57 xakl olan “Fənər” lider “Qalatasaray”dan 6 xal geri qalır və 2-ci yeri tutur. “Fatih Karagümrük” 34 xalla 9-cu sıradadır.

Türkiyə Super Liqası

10 aprel

“Fatih Karagümrük” – “Fənərbaxça” 1:2 

Ozdoyev, 24 – Zayts, 51, Salai, 78.

Bənzər xəbərlər