featured-image-25514

Türkiyənin “Fənərbaxça” klubu Avropa Liqasının 1/8 finalında İspaniya “Sevilya”sını keçə bilməməsi azmış kimi, aparıcı futbolçusunu da itrib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Miçi Batşuayi bu qarşılaşmanın əvvəlindəcə sıradan çıxıb.

Zədələn belçikalı forvard 16-cı dəqiqədə əvəzlənmişdi. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, “Fənərbaxça” “Sevilya”ya doğma meydanda 1:0 hesabıyla qalib gəlsə də, ilk oyundakı məğlubiyyətə görə mübarizəni dayandırmalı olub.

Bənzər xəbərlər