featured-image-30019

“Fənərbaxça” Zaqreb “Dinamo”sunun və Xorvatiya millisinin qapıçısı Domenik Livakoviçi transfer etmək istəyir. Msport.az “Sabah”a istinadən xəbər verir ki, İstanbul klubu gələn mövsüm çərçivəni gücləndirmək niyyətindədir.

28 yaşlı qolkiperin “Dinamo” ilə müqaviləsi 2024-cü ilin iyununa kimidir. “Transfermarkt” onun dəyərini 14 milyon avro göstərib.

Xorvtiya yığmasında 43 oyun keçirən futbolçu indiyə qədər legioner həyatı yaşamayıb.

Qeyd edək ki, millimizin hücumçusu Mahir Emrelinin də transfer hüquqları “Dinamo”ya məxsusdur, o, “Konyaspor”da icarə əsasında çıxış edir.

ANAR

 

Bənzər xəbərlər