“Fənərbaxça” məşqçisiz qaldı
Türkiyə kubokunun 1/4 finalında “Fənərbaxça” və “Qalatasaray” arasında keçirilən oyunda baş verən qayda pozuntuları ilə bağlı cəzalar açıqlanıb.
Msport.az xəbər verir ki, İntizam Komitəsi “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu 3 oyunluq diskvalifikasiya edib.
Bundan başqa, qırmızı vərəqə alan “Fənərbaxça”nın məşqçiləri Sandro Zufiçlə Salvadore Foti 4, komandanın futbolçularından Fred 3, Mert Hakan Yandaş isə 1 oyunluq cəzalandırılıb.
“Fənərbaxça”nın məşqçiləri qarşıdan gələn 4 oyunda texniki heyətdə yer almayacaqlar. Digərlərinin cəzası isə 4 oyundan az olduğuna görə yalnız kubok matçlarında tətbiq olunacaq.
Qeyd edək ki, “Qalatasaray”ın 2:1 hesabı ilə qalib gəldiyi oyun zamanı komandalar arasında bir neçə dəfə qarşıdurma olub. Matçdan sonra “Fənərbaxça”nın çalışdırıcısı Joze Mourinyo rəqib həmkarı Okan Burukun burnundan tutub.