“Fənərbaxça”nın baş məşqçisi istefa verdi
“Fənərbaxça”nın baş məşqçisi Jorje Jesuz istefa verib. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Türkiyə kubokunun final oyunundan sonra qərarını açıqlayıb.
“Fənər” həlledici görüşdə “Başakşehir”i 2:0 hesabı ilə məğlub edərək 7-ci dəfə Türkiyə kubokunu qazanıb.
68 yaşlı məşqçi başa çatan müqaviləsini yeniləməyib.
Jesus 2022-ci ilin yayından İstanbul klubuna rəhbərlik edirdi.
ANAR







