"Fənərbaxça"nın legionerləri Sankt-Peterburqa getmək istəmirlər
“Fənərbaxça”nın bəzi legionerləri Sankt-Peterburqda keçiriləcək “Kubok Parı Premyer” turnirində iştirak etməkdən imtina edirlər.
Msport.az “Fotospor”a istinadən xəbər verir ki, İstanbul klubunun Rusiyada təşkil olunacaq yarışa qatılması əcnəbi futbolçuların heç də hamısının ürəyincə olmayıb.
Onların arasında yeni transfer Edin Ceko da var. Bosniya və herseqovinalı hücumçu siyasi səbəblərə görə, yarışa getmək istəmir.
Xatırladaq ki, bir il əvvəl Bosniya və Herseqovina millisi ilə Rusiya yığması arasında yoxlama oyunu nəzərdə tutulmuşdu. Lakin futbolçuların boykot etməsi səbəbindən matç baş tutmamışdı.
İyulun 1-dən 15-dək keçiriləcək “Kubok Parı Premyer” turnirində “Neftçi” də mübarizə aparacaq. Azərbaycan klubu “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” ilə üz-üzə gələcək.
AYXAN







