featured-image-69357

“Fənıərbaxça” yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, İstanbul klubu Domeniko Tedesko ilə 2 illik müqavilə bağlayıb.

39 yaşlı mütəxəssis son olaraq Belçika millisini çalışdırıb. O,  Belçika yığmasına 2023-2025-ci illərdə rəhbərlik edib.

İtaliyalı məşqçi buna qədər “Erzgebirge Aue”, “Şalke” (hər ikisi Almaniya), “Spartak” (Moskva), “Leyptsiq” (Almaniya) klublarını çalışdırıb.

Qeyd edək ki, “Fənər” bir neçə gün bundan əvvəl uğursuz nəticələrə görə Joze Mourinyo ilə yollarını ayırdı.

Bənzər xəbərlər