featured-image-20813

Türkiyəli qapıçı Berke Özer Portuqaliyanın “Portimonense” klubundan ayrılıb.

Msport.az xəbər verir ki, 22 yaşlı qolkiper Türkiyənin “Eyüpspor” klubuna transfer olunub.

Bu barədə 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb. Türkiyəli qolkiper yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. Lakin o, bu ilin 30 iyununa qədər Super Liqa təmsilçisi “Ümraniyəspor”a icarəyə verilib.

“Altınordu”nun yetirməsi olan Berke vaxtilə “Fənərbaxça”, “Vesterlo” kimi komandalarda da oynayıb.

“Ümraniyəspor” “Eyüpspor”un yarımmüdafiəçisi Jesse Sekidikanı da icarəyə götürüb. Nigeriyadan olan 26 yaşlı vinger də bu mövsümün sonuna kimi icarədə oynayacaq. Sekidika “Eyüpspor”dan öncə “Qalatasaray”, “Konyaspor”, “Leuven”, “Napredak” (Kruşevaç) və “Əskişəhərspor”da da oynayıb.

“Eyüpspor” bu gedənlərin əvəzində Super Liqa təmsilçisi “İstanbulspor”dan Melih Kabasakalı icarəyə götürüb. Dayaq yarımmüdafiəçisi bu mövsümün sonunadək TFF 1-ci liqa klubunda mübarizə aparacaq. “Trabzonspor”un yetirməsi olan yarımmüdafiəçi 2020-ci ildən formasını geyindiyi “İstanbulspor”da 99 oyuna 5 qol vurub.

Bənzər xəbərlər