“Fənərbaxça”ya son saniyədə ağır zərbə
Türkiyə Super Liqasında 31-ci tur başa çatıb. Msport.az xəbər verir ki, bazar ertəsi 3 oyun olub.
“Girəsunspor” öz meydanında “Başakşəhər”ə uduzub. Qonaqların heyətində Adnan Yanuzay dubl edib. Bu niderlandlı futbolçunun Türkiyə Super Liqasında ilk qolları olub. “Sivasspor” Antalya səfərindən qələbə ilə dönüb.
“Fənərbaxça” doğma meydanda “İstanbulspor”u məğlub edə bilməyib – 3:3. “Fənər” 90+6-cı dəqiqədə qapısında gördüyü qolla qələbəni əldən verib.
70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla 3-cü yeri tutur. “Adana Dəmirspor” 57, “Başakşəhər” 48, “Trabzonspor” və “Kayserispor” 45 xal toplayıb.
Türkiyə Super Liqası
31-ci tur
22 aprel
Ümraniyəspor – Beşiktaş 0:2
Qol: Redmond, 25. Abubakar, 71.
23 aprel
Kasımpaşa – Konyaspor 1:2
Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.
Adana Dəmirspor – Kayserispor 5:3
Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.
Qalatasaray – Fatih Karagümrük 3:3
Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.
24 aprel
Girəsunspor – Başakşəhər 2:4
Qol: Sayns, 63; 90 – Yanuzay, 16; 35. Fiqeyredo, 25; 45+2.
Antalyaspor – Sivasspor 1:2
Qol: Larsson, 49 – Yatabare, 4. Qradel, 22.
Fənərbaxça – İstanbulspor 3:3
Qol: A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6.