Ferdinand Makkelini tənqid etdi: "Görünür, o, futbol oynamayıb"
İngiltərə millisinin sabiq üzvü Rio Ferdinand Çempionlar Liqasının 1\8 final mərhələsinin “Çelsi” – “Borussiya” cavab oyununun (2:0) hakimi Danni Makkelini tənqid edib.
Msport.az xəbər verir ki, niderlandlı referi 47-ci dəqiqədə top qonaqların müdafiəçisi Marius Volfun əlinə dəyəndə hakim VAR-a baxdıqdan sonra penalti nöqtəsini göstərib:
“Görünür, hakim futbol oynamayıb. Orada əli çəkmək mümkün deyil. Başa düşürük ki, futbolda qaydalar var, lakin onların bəziləri gülünc görünür. Onlar müdafiəçiləri bütün imkanlardan məhrum etmək istəyirlər. Qaydalar hücumçulara üstünlük verir.
Bu, çox mənasız qaydalardır. Oyunçu həmin an nə etməli idi? Mən bu qaydaların yaxşı olduğunu deyənlərlə razı deyiləm. Bu çox pis qaydalardır”.
ANAR ABDULLAYEV