featured-image-27525

“Ferensvaroş” baş məşqçisi Stanislav Çerçesovla müqaviləni yeniləyib.

Msport.az-ın məlumatına görə, bu barədə rusiyalı mütəxəssis “Sport-express” nəşrinə açıqlama verib.

O bildirib ki, klub müqaviləni daha bir il – 2024-cü ilin yayına qədər uzatmaq variantını aktivləşdirib.

Qeyd edək ki, Çerçesov “Ferensvaroş”a 2021-ci ilin dekabrından başçılıq edir. Budapeşt təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşıb. Bakıdakı matçda 1:1 hesablı heç-heçə edən Ağdam klubu səfər qələbəsi (3:1) sayəsində pley-offa adlamışdı.

Bənzər xəbərlər