featured-image-27475

Stanislav Çerçesov “Ferentsvaroş”la müqaviləsini uzada bilər. Msport.az “Matç Tv”yə istinadən xəbər verir ki, Macarıstan klubu rusiyalı mütəxəssisə yeni anlaşma təklif edib.

Budapeşt klubunun rəhbərliyi komandanın inkişaf tempini qorumaq üçün məşqçini saxlamaq istəyir. Çerçesov “Ferentsvaroş”dan düşünmək üçün vaxt istəyib.

59 yaşlı mütəxəssis paytaxt klubuna 2021-ci ilin dekabrından rəhbərlik edir. O, ötən mövsüm komandanı Macarıstan çempionu edib və ölkə kubokunu qazandırıb. “Ferentsvaroş” Avropa Liqasında 1\8 finala kimi irəliləsə də, “Bayer”ə uduzub.

ANAR 

Bənzər xəbərlər