Fermin Lopes qərarını açıqladı
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “Mançester Yunayted”in ona maraq göstərməsi barədə yayılan xəbərləri şərh edib.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu Kataloniya klubunda qalmaq istədiyini bildirib:
“Belə xəbərlərə fikir vermirəm. “Barselona”da mümkün qədər uzun müddət qalmaq istəyirəm və ümid edirəm ki, karyeramı məhz bu klubda başa vuracağam”.
Qeyd edək ki, Lopes cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. “Barselona” La Liqada 30 xalla liderdir. “Mançester Yunayted” isə Premyer Liqada 7 xalla 17-ci pillədə qərarlaşıb.







