featured-image-84361

Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.

Msport.az xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının oyununu idarə edəcək.

O, İspaniyada yerli “Vilyarreal” və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq. Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.

Qeyd edək ki, “Vilyarreal” – PSJ oyunu sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bənzər xəbərlər