featured-image-84372

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik yaxın vaxtlarda vəzifəsindən ayrıla bilər.

Msport.az xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələr səbəbindən mütəxəssislə əməkdaşlığa son qoymaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Baş məşqçi postuna əsas namizəd “Nyukasl”ın sabiq çalışdırıcısı Eddi Haudur. İngiltərə klubunun futbol direktoru Ceyson Uilkoksun 48 yaşlı mütəxəssisin təyinatında maraqlı olduğu bildirilir.

Yulian Naqelsmannın namizədliyini Kristofer Vivell fəal şəkildə dəstəkləyir. Antonio Kontenin də klub daxilində tərəfdarları var.

Qeyd edək ki, “Mançester Yunayted” son beş oyunun dördündə məğlub olub. Komanda əvvəlcə “Bornmut”a 0:3, ardından İngiltərə Premyer Liqasında “Çelsi”yə 0:2 hesabı ilə uduzub.

Bənzər xəbərlər