featured-image-84363

Portuqaliya “Sportinq”i baş məşqçi dəyişikliyi edib.

Msport.az xəbər verir ki, klub baş məşqçisi Rui Borgesi istefaya göndərib.

Bildirilib ki, artıq “Sportinq” yeni baş məşqçi ilə bağlı razılığa gəlib. Lissabon təmsilçisi Paulu Fonsekanı komandanın sükanı arxasına gətirməyə hazırlaşır.

Qeyd olunub ki, Fonseka artıq “Sportinq”lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Həmçinin portuqaliyalılar onun hazırda çalışdırdığı Fransanın “Lion” klubu ilə də anlaşma əldə ediblər.

Bənzər xəbərlər