featured-image-24563

“Mançester Yunayted”də kapitan Brunu Fernandeşin İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”la oyundakı (0:7) davranışından narazıdırlar.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu kəskin tənqidlərə məruz qalıb.

O, azarkeşlərin çağırışına məhəl qoymadan oyun başa çatan kimi meydanı tərk edib. Bundan başqa, matçın gedişində hakimi itələyib.

“Mançester Yunayted”də futbolçular da olmaqla, bir çoxları yarımmüdafiəçinin davranışını bəyənməyiblər. Mənbənin sözlərinə görə, Fernandeşdən kapitanlıq sarğısı alına bilər.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər