featured-image-29272

“Barselona”nın futbolçusu Ferran Torres yayda klubunu dəyişəcək.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu baş məşqçi Xavinin planlarına daxil olmadığı üçün satışa çıxarılıb. 23 yaşlı hücumçuyla “Arsenal”la “Aston Villa” yaxından maraqlanır. Hər iki Premyer Liqa təmsilçisi Torres üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Ferran daha əvvəl Premyer Liqada “Mançester Siti”nin şərəfini qoruyub.

Qeyd edək ki, Torres La Liqanın cari mövsümü ərzində 29 oyunda iştirak edib, 4 qol və 1 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər