featured-image-29848

Niderland Erediviziyasının 32-ci turu çərçivəsində “Feyenoord” doğma meydanda “Qo Ehed İqls”ı 3:0 hesabıyla məğlub edib.

Msport.az xəbər verir ki, bu qələbəylə, “Feyenoord” vaxtından əvvəl Niderland çempionu olub. Feyenoord 32 turdan sonra 79 xal toplayıb. Onların ən yaxın izləyicisi PSV 31 oyundan sonra 68 xal toplayıb.

Qeyd edək ki, “Feyenoord” sonuncu dəfə 2016/2017 mövsümündə çempion olmuşdu. Bu, komandanın tarixində 16-cı ölkə tituludur.

Royal Türksoy

Bənzər xəbərlər