FİDE Karyakini cəzalandırdı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrossmeyster Sergey Karyakini cəzalandırıb.
Msport.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 32 yaşlı şahmatçının Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi səbəb olub.
Karyakinin 6 ay beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Qərar qəbul edildiyi tarixdən – martın 21-dən qüvvəyə minib.
Sergey Karyakin 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.
Karyakin sosial şəbəkələrdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyən statuslar yazıb, prezident Vladimir Putinin tərəfində olduğunu bəyan edib. Qeyd edək ki, şahmatçı Rusiyanın Ukraynadan işğal etdiyi Simferopol şəhərində anadan olub.