featured-image-58632

Ukrayna Futbol Federasiyası FİFA və UEFA-dan şikayət edib. Msport.az xəbər verir ki, bu gün keçirilən dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimində nümayiş olunan xəritədə Krım Ukrayna ərazisi kimi göstərilməyib.

“Ukrayna Futbol Assosiyasiyası FİFA-nın baş katibi Matias Qrafstryömün və UEFA-nın baş katibi Teodor Teodoridisin adına məktub ünvanlayıb. Məktubda püşkatma mərasimi zamanı Ukraynanın xəritəsi ilə bağlı bağışlanılmaz  səhvə yol verdikləri vurğulanıb” – federasiyanın açıqlamasında belə deyilir.

FİFA-nın rəsmi saytında DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin proseduru ilə bağlı video nümayiş etdirilib. Həmin çarxda siyasi səbəbdən bir-biri ilə oynaması mümkün olmayan komandalar haqqında məlumat verilib. Xəritədə Krım Ukrayna ərazisi kimi göstərilməyib.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna millimizlə bir qrupda mübarizə aparacaq. D qrupunda bu iki komandadan başqa, İslandiya ilə Fransa – Xorvatiya cütünün qalibi də çıxış edəcək.

 

Bənzər xəbərlər