FİFA-dan uruqvaylı futbolçulara ağır cəza
FİFA İntizam Komitəsi DÇ-2022 çərçivəsində keçirilmiş Uruqvay – Qana oyununda baş verənlərə görə qərarını açıqlayıb.
Dekabrın 2-də oynanılmış matçda Qana 2:0 hesabı ilə qalib gəlmişdi.
Msport.az xəbər verir ki, dünya futbol qurumu azarkeşlərinin davranışına görə, Uruqvay Futbol Federasiyasını cəzalandırıb. Uruqvayın qarşıdakı oyununda azarkeş sayına məhdudiyyət tətbiq ediləcək, həmçinin federasiya 50 min frank cərimə ödəməli olacaq.
Millinin üzvləri – Xose Mariya Ximenes, Fernando Muslera, Edinson Kavani və Dieqo Qodin də cəzalandırılıb. Onlar final fitindən sonra almaniyalı hakim Daniel Zibbertə öz etrirazlarını kobud formada bildirmişdilər. Ximenes və Muslera 4 oyun diskvalifikasiya olunmaqla yanaşı, 20 min frank cərimələniblər.
Kavani və Qodin 1 oyunluq cəzalanıblar. Onlar isə 15 min frank cərimə verməli olacaqlar.
ANAR ABDULLAYEV







