FIFA-dan xəbərdarlıq – beynəlxalq yarışlardan kənarlaşdırılma təhlükəsi
Hindistanın millisi və klubları beynəlxalq yarışlardan kənarlaşdırıla bilər.
Msport.az xəbər verir ki, buna səbəb FIFA və Asiya Futbol Konfederasiyasının (AFK) nizamnamənin dəyişdirilməsi ilə bağlı tələblərinin hələ də yerinə yetirilməməsidir.
FIFA və AFK Hindistan Futbol Federasiyasının prezidenti Kalyan Çaubeyə ünvanladığı məktubda yeni nizamnamənin qəbul edilməsində irəliləyişin olmamasından narahatlığını ifadə edib.
Bundan başqa, oktyabrın 30-dək yeni nizamnamənin qəbul və ratifikasiya edilməsi barədə tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Hindistanın 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciəti ləğv olunacaq.