featured-image-38494

FİFA İspaniya La Liqasının iki klubuna kompensasiya ödəyəcək. Msport.az xəbər verir ki, buna səbəb “Leqanes” və “Selta”nın futbolçularının milli komandanın heyətində zədələnməsidir.

İbrahima Kone və Cozef Aydu yığmanın düşərgəsində ciddi zədə alıblar.

FİFA-nın klubların müdafiəsi proqramına uyğun olaraq, hər iki komandanın hesabına pul köçürüləcək. Hər gün kluba 20 548 avro ödəniləcək.

Aydu Qana, Kone isə Mali seçməsinin heyətində oyunda ağır zədə ilə üzləşib.

 

 

Bənzər xəbərlər