featured-image-70102

Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarını dəyişə bilər.

Msport.az xəbər verir ki, penalti vuran futbolçulara top meydana qayıtdıqdan və ya qapıçının müdaxiləsindən sonra təkrar zərbə endirmək qadağan ediləcək.

Eyni zamanda, qaydaların dəyişdirilməsinin hazırkı konsepsiyası topun qapı çərçivəsinə dəyəndən sonra nə ediləcəyini tənzimləmir.

Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməli, daha sonra praktik sınaqdan keçirilməlidir.

Bənzər xəbərlər