featured-image-47215

FİFA prezidenti Canni İnfantino “Qarabağ”ı Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib. Msport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri bununla bağlı AFFA-nın prezidenti Rövşən Nəcəfə məktub göndərib.

İnfantino “Qarabağ”ı təbrik etməkdən məmnun olduğunu bildirib: “Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm”.

 

media-Tebrik-

Bənzər xəbərlər