featured-image-40747

FIFA prezidenti “Türkiyə Superliqasının “Ankaragücü” – “Rizəspor” matçından sonra baş verənlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, funksioner bu barədə instaqram hesabında paylaşım edib.

İnfantino bu hadisələrin tamamilə qəbuledilməz olduğunu vurğulayıb: “Bunun bizim idmanda, cəmiyyətimizdə yeri yoxdur. Futbolda, meydanda və ya meydandan kənarda şiddətə yol verilməməlidir. Hakimlər, futbolçular, azarkeşlər və nümayəndələr oyundan həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Müvafiq orqanları bunun ciddi şəkildə yerinə yetirilməsinə çağırıram”.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Bənzər xəbərlər