featured-image-36583

Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı UEFA-dan yeni təyinat alıb.

Msport.az xəbər verir ki, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində bu gün keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi olacaq.

Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda ona Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcək. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

Bənzər xəbərlər