FIFA rəsmisi əxlaqsız hərəkətinə görə həbs olundu
FIFA əməkdaşı Cek Koulz ABŞ-da həbs edilib.
Msport.az “Sky News”a istinadən xəbər verir ki, o, 14 yaşlı yeniyetmə oğlanla cinsi əlaqədə olmaqda şübhəli bilinir.
İddaya görə, Koulz britaniyalıdır və yeniyetmə ilə 2024-cü ilin oktyabrında proqram vasitəsilə tanış olub.
Oğlanla bir dəfə görüşən funksioner buna ikinci dəfə cəhd etmək istəsə də, Mayamdə 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə açılan FIFA ofisini qarşısında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatına üç ölkə – ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.