FİFA reytinqi: Millimiz irəlilədi
FİFA-nın yeni reytinq cədvəli açıqlanıb. Msport.az xəbər verir ki, Azərbaycan millisi dünya sıralamasında 3 pillə irəliləyib.
Canni De Byazinin rəhbərlik etdiyi komanda 1143 xalla 121-ci sırada qərarlaşıb.
İlk sıralarda dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirir. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.







