featured-image-20542

FİFA Serbiya milli komandasını cəzalandırıb. Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki,cəza DÇ-2022-nin qrup mərhələsinin İsveçrə ilə oyununda (2:3) baş verənlərə görə olub.

Serbiya yığmasının FİFA bayrağı altında keçiriləcək növbəti görüşündə tribunalar qismən qapadılacaq. Belə ki, stadionun 25 faizinə azarkeşlər buraxılmayacaq.  Bundan başqa, Serbiya Futbol İttifaqı 50 min İsveçrə frankı (təxxminən 50 min avro) cərimə olunub.

Bu cəzalar serbiyalı fanatların İsveçrə ilə qarşılaşmadakı davranışına görə verilib.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər