featured-image-23957

“Real” bu gün Parisdə keçiriləcək FİFA-nın “The Best” mükafatlandırma mərasiminə öz nümayəndələrini göndərməyəcək.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, bu. Vinisius Juniorla bağlıdır. Braziliyalı futbolçu 26 nominasiyanın heç birində yoxdur, bu isə o deməkdir ki, Vinisius FİFA-nın versiyasına görə, ilin komandasına düşə bilməyəcək. Maraqlıdır ki, siyahını futbolçular hazırlayıb.

Madrid klubu bu seçimdən narazı qalıb. Bu səbəbdən də Fransa paytaxtına Kərim Benzema (ilin ən yaxşı futbolçusu mükafatına namizəd), Karlo Ançelotti (ilin ən yaxşı məşqçisi adına namizəd) və Tibo Kurtua (ən yaxşı qapıçı nominasiyasında namizəd) da yollanmayacaqlar.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər