FIFA Türkiyə klubuna transfer qadağası qoydu
FIFA Türkiyənin “Sivasspor” klubuna transfer qadağası qoyub.
Msport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Superliqa təmsilçisi qarşıdakı üç transfer dönəmində yeni oyunçu ala bilməyəcək. Bu isə o deməkdir ki, “Sivasspor” yalnız 2027-i ilin yanvarında transfer edə biləcək.
Qeyd edək ki, “Sivasspor” hazırda Superliqada 15-ci pillədə qərarlaşır.