featured-image-52321

Almaniyanın “Bayern” klubnun İdarə Heyətinin üzvü Uli Höness FIFA və UEFA-nı tənqid edib.

Msport.az xəbər verir ki, funksioner 2025-ci il klublararası dünya çempionatının sıx qrafikindən narazılığını bildirib.

Onun fikrincə, bu turnir futbolçuların fiziki durumlarına mənfi təsir göstərəcək: “Real”ın da bizimlə eyni narahatlığı var. Nə vaxtsa hər şey bitəcək. Bəzi UEFA və FİFA rəsmilərinin planlaşdırdıqları çılğınlıqdır. İdman getdikcə pisləşir, oyunçular daha çox zədə alır”.

Qeyd edək ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı yenilənmiş formatda keçiriləcək. Turnirdə ilk dəfə 6 konfederasiyanı təmsil edən 32 klub iştirak edəcək: UEFA (12 komanda), AFC (4), CAF (4), KONKAKAF (4), KONMEBOL (6), OFC (1) və ev sahibi ölkənin (ABŞ) komandası.

Bənzər xəbərlər