featured-image-44373

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino mavi vərəqələrin oyun qaydalarına daxil edilməsinə qəti şəkildə qarşı çıxıb.

“Report” xəbər verir ki, bu barədə onun sözlərindən “Sky News”un jurnalisti Rob Harris sosial şəbəkə hesabında sitat gətirib.

“FIFA tamamilə mavi vərəqələrə qarşıdır. Qətiyyən yox”, – İnfantino bildirib.

Xatırıladaq ki, fevralın 8-də Böyük Britaniyanın “The Telegraph” qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) mavi vərəqələrin sınaqdan keçirilməsinə başlayacağını elan edəcəyini bildirmişdi. Nəşr vərəqələrin hakimlərlə həddindən artıq mübahisələrə və taktiki qayda pozuntularına görə futbolçulara göstəriləcəyini qeyd edib. Oyunçu mavi vərəqə alarsa, 10 dəqiqəlik oyundan kənarlaşdırılır. Bir matçda iki mavi vərəqə oyundan çıxarılmağa bərabər olacaq – oyunçuya qırmızı vərəqə göstəriləcək.

Bənzər xəbərlər