"Fikirləşirəm ki, razılığa gələ biləcəyik" - Federasiya prezidenti Deşamın gələcəyi haqqında
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Didye Deşamın milli komandadakı gələcək taleyindən danışıb.
Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, federasiya rəhbəri bu məsələdə hər şeyin baş məşqçidən asılı olduğunu deyib:
“Didyenin əlində müqavilənin artırılması üçün bütün kartlar var. Mən ona demişəm ki, birgə iştirak etdiyimiz son 4 dünya çempionatından sonra qərarı özü verəcək. Belə fikirləşirəm ki, razılığa gələ biləcəyik”.
Nəşrin məlumatına görə, Le Qre Deşamla müqaviləni Avro-2024-ə kimi uzadılmasını istəyir.







