featured-image-47907

UEFA Konfrans Liqasında final qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilə bilər.

Msport.az “NS-INFO”ya istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı “Ayasofya” arenasında keçiriməsi planlaşdırılan final görüşünün təhlükəsizlik tədbirləri səbəbindən Macarıstanda oynanılması ehtimalı var.

Yerli hüquq-mühafizə orqanları ölkədə qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən matç Budapeştəki “Puşkaş Arena”da baş tuta bilər.

Qeyd edək ki, Konfrans Liqasının finalında “Olimpiakos” və “Fiorentina” kollektivləri üz-üzə gələcək. Matç mayın 29-u saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər