featured-image-21139

İtaliyanın “Kremoneze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər təmsilçisi “Fiorentina”dan yarımmüdafiəçi Marko Benassini icarəyə götürüb.

İtaliyadan olan 28 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq. “İnter”in yetirməsi olan Marko “Fiorentina”ya keçənə qədər “Livorno” və “Torino”da da oynayıb. Florensiya klubuna 2107-ci ilin avqustunda 12 milyon avro qarşılığında keçən futbolçu, bu komandada 106 oyuna 17 qol vurub. Benassi daha öncə “Verona” və “Empoli”də də icarədə olub.

“Kremoneze” öz hücumçusu Luka Stritsolonu isə “Modena”ya icarəyə verib. İtaliyadan olan 30 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, 2019-cu ilin yanvarından formasını geyindiyi “Kremoneze”də 66 oyuna 13 qol vurub.

Uruqvaydan olan yarımmüdafiəçi Xayme Baes isə “Kremoneze”dən birdəfəlik ayrılıb. O, İtaliyanın digər klubu “Frozinone”yə keçib. 27 yaşlı vinger 2021-ci ilin yanvarından formasını geyindiyi “Kremoneze”də 56 oyuna 5 qol vurub.

Bənzər xəbərlər