featured-image-28779

İtaliya kubokunda finalçıların adları məlum olub. Msport.az xəbər verir ki, “İnter”in ardınca “Fiorentina” da həlledici oyuna vəsiqə qazanıb.

Florentsiya təmsilçisi öz meydanında “Kremoneze” ilə qolsuz bərabərə qalıb. Səfərdə 2 cavabsız qolla qələbə qazanmış “Fiorentina” finala yüksəlib.

Mayın 24-də keçiriləcək həlledici görüşdə “İnter” və “Fiorentina” komandaları üz-üzə gələcək.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları
26 aprel

İnter – Yuventus 1:0
Qol: Dimarko, 15.
İlk oyun – 1:1.

27 aprel

Fiorentina – Kremoneze 0:0
İlk oyun – 2:0.

Bənzər xəbərlər