featured-image-32406

“Fiorentina” Domenik Livakoviçin transferi ilə bağlı Zaqreb “Dinamo”suna 6,5 milyon avro təklif edib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Hazırda Xorvatiya klubu qapıçısına olan təklifi dəyərləndirir.

28 yaşlı qolkiperin müqaviləsi gələn ilin iyununa kimi olduğundan “Dinamo”nun istədiyi 12 milyon avro real görünmür. Amma “Fiorentina”dan başqa, digər klublar da Livakoviçi öz heyətlərində görmək istəyirlər.

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya seçməsinin heyətində 3-cü yeri tutan qapıçı ilə “Vilyarreal” və “Trabzonspor” da maraqlanır.

 

Bənzər xəbərlər