featured-image-66232

A Seriyasında çıxış edən “Fiorentina”nın yeni baş məşqçisinin adı dəqiqləşib.

Msport.az xəbər verir ki, komandaya Stefano Pioli başçılıq edəcək.

Son mövsümü “Əl-Nəsr”də keçirən təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Piolinin yaxın günlərdə Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi xəbərləri yayılıb.

Qeyd edək ki, Pioli 5 mövsüm “Milan”ı çalışdırıb və bir dəfə İtaliya çempionu titulunu qazanıb.

Bənzər xəbərlər