Firmino klub seçimini etdi
“Liverpul”dan ayrılan Roberto Firmino “Yuventus”a keçə bilər.
Msport.az xəbər verir ki, “Yuve” artıq braziliyalıyla şifahi razılıq əldə edib. 31 yaşlı forvard A Seriyasında çıxış etməyə müsbət yanaşır.
Turin klubu ötən mövsüm braziliyalını heyətinə qatmaq istəsə də, sonradan “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp futbolçunun transferinə icazə verməmişdi.
Qeyd edək ki, Firmino 2015-ci ildən “Liverpul”da çıxış edirdi. O, klubla bitən müqaviləni yeniləmədiyi üçün hazırda azad agent statusu daşıyır.
Royal Türksoy







