featured-image-67731

Braziliyanın “Flamemqo” klubu “Milan”dan Emersonu transfer edib.

Msport.az xəbər verir ki, sağ cinah müdafiəçisi ilə müqavilə 2028-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Emersonun icarə əsasında “Beşiktaş”a keçəcəyi gözlənilirdi. Lakin “Flamemqo” araya girərək, İstanbul klubunu qabaqlayıb. Braziliya təmsilçisi Emersonun transferinə 9 milyon avro xərcləyib.

Emerson “Milan”a ötən ilin yayında “Tottenhem”dən 15 milyon avroya transfer olmuşdu.

O, daha əvvəl “Barselona”, “Betis” kimi klublarda oynayıb.

Bənzər xəbərlər