“Flamenqo” “Atletiko”nun daha bir futbolçusunu aldı
“Atletiko”nun yarımmüdafiəçisi Samuel Linon “Flamenqo”ya keçib.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Bu transfer üçün İspaniya klubuna 22 milyon avro ödəniləcək. Lino 2024-25 mövsümündə meydana çıxdığı 47 matçda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Atletiko”nun daha bir futbolçusu Saul Niqes də bir neçə gün əvvəl “Flamenqo”ya keçib.